Okt
2017
10:00
31
66
4413
Virtual karabakh

Bu gün Azərbaycanda "Samsung Galaxy Note 8"-in satışına başlanıldı

6 Okt, 2017
10:00
4413

Bu gün Azərbaycanda "Samsung Galaxy Note 8"-in satışına başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən Azərbaycanda "Samsung Galaxy Note 8" smartfonunun satışına start verilib. İkili obyektivə sahib kamera ilə təchiz olunmuş, sərhədsiz displeyli və S Pen funksional elektron qələmli yeni smartfonu çoxları gözləyirdi.

Bu gündən oktyabr ayının 20-nə qədər qüvvədə olan "Samsung"un unikal təklifindən yararlanmağa tələsin. İndi siz "Samsung Galaxy Note 8" alarkən öz köhnə smartfonunuzu endirimə dəyişə bilərsiniz. Qeyd edək ki, bu təklif yalnız "Kontakt Home" mağazalar şəbəkəsində keçərlidir. Aksiyanın şərtlərinə əsasən,  təqdim olunan endirim smartfonunuzun orta bazar qiymətinə bərabər hesablanacaq. Həmçinin, əlavə olaraq telefonunuzun ümumi  vəziyyəti və modelindən asılı olan bonuslar da da nəzərdə tutulub. Sözügedən bonuslar "Samsung Galaxy Note 8"-in qalan qiymətindən çıxılır.

Qeyd edək ki, "Galaxy Note 8" ikili əsas kameraya malik smartfondur. İndi siz nəinki zəif işıqlandırma şəraitində, hətta uzaq məsafədə yerləşən obyektləri çəkərkən, maksimal yaxınlaşdırmadan istifadə edərək, aydın şəkillər əldə edəcəksiniz. İkiqat optik stabilizasiya ilə siz daha dəqiq fotolardan zövq ala biləcəksiniz. Live Focus funksiyasının köməyi ilə arxa fonun yayılma dərəcəsini tənzimləyərək, heyrətamiz portretlər yarada bilərsiniz!

Əsas kameranın texniki xüsusiyyətləri aşağıdakı kimidir:

12 MP icazəli enli bucaq obyektiv (F1.7, 1/2.55”, 1,4 mkm), 12 MP icazəli əsas obyektiv (F2.4, 1/3.6”, 1,0 mkm) təsvirin avtomatik stabilizasiyası, ikiqat optik “zoom” (maks. 10 qat rəqəmsal “zoom”).

Əsas kameraya əlavə olaraq, 8 MP icazəli selfi kamerası da mövcuddur. Ekran sahəsinin korpusa nisbətini optimal dərəcədə təmin edən sərhədsiz displey və elektron S Pen qələmi ilə özünüzü  ifadə etməyiniz üçün daha əlverişli şərait yaranır. İndi S Pen-in köməyi ilə şəxsi emoji və animasiyalı unikal mesajlar yarada bilərsiniz.

Siz smartfonun alışı haqqında hələ də düşünürüsünüz? Əlavə suallarınızla bağlı "Kontakt Home" mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri