Okt
2017
18:02
17
55
2420
Virtual karabakh

“Baku Business Factory” iş dünyasına ilk addımlarını atanlar üçün seminarlara başladı

6 Okt, 2017
18:02
2420

“Baku Business Factory” iş dünyasına ilk addımlarını atanlar üçün seminarlara başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku Business Factory (BBF) iş dünyasına ilk addımlarını atanlar üçün seminarlara başlayıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu gün başlayan seminar ödənişsizdir və 3 gün davam edəcək.

Seminar “BBF-lə Startup” mentorluq layihəsi çərçivəsində keçirilir.

Layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyətində uğur qazanmasında köməklik edərək ölkədəki biznes mühitinin inkişafına dəstək verməkdir.

Öz biznesinə başlamaq məqsədi olan, amma nədən və necə başlayacağına tərəddüd edən, sahibkarlığın real həyat təcrübələrini öyrənmək istəyən, Startup mərhələsində olan hər kəs bu seminarda iştirak edə bilər.

Seminara yeni biznes ideyasını həyata keçirmək arzusu tələb kimi qoyulub.

Seminarın markerləri Kanadada “OAK Computing” şirkətinin təsisçisi, biznez modelləşdirmə konsepsiyası mütəxəssisi Manu Şarma, “ABV Morgan Advisors” şirkətinin ölkə üzrə direktoru, korporativ və kommersiya hüququ mütəxəssisi Ruslan Muxtarov, Telekom və Rabitə şirkətlərində satış və biznesin inkişafı üzrə məsləhətçi, B2B üzrə mütəxəssis Elşad Babayev, “Asistance Advissory Services” şirkətinin direktoru, Netvörkinq mütəxəssisi Əhəd Kazımov, “Rabitəbank” AS-nin biznesin inkişafı şöbəsinin müdiri, biznesin inkişafı üzrə mütəxəssis Camid Mövsümov, “Mediamark” şirkətinin direktoru, sosial media mütəxəssisi Orxan Rzayevdir.

Seminarlar BBF-in ofisində keçirilir. 

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri