11 
Okt
2017
16:05
6
46
843
Virtual karabakh

Qlobal kompüter sektorunun vəziyyəti açıqlandı

Gartner” analitik şirkəti 2017-ci ilin üçüncü rübü üzrə qlobal kompüter sektorundakı vəziyyəti açıqlayıb.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki,  hesabat dövründə dünyada təxminən 67 milyon masaüstü və noutbuk istehsal edilib ki, bu da ötən illə müqayisədə 3,6% azdır.

"EMEA (Avropa, Yaxın Şərq, Afrika), Yaponiya və Latın Amerikası daxil olmaqla əsas regionlarda fərdi kompüter (FK) sənayesində sabitləşmə əlamətlərinə baxmayaraq, Amerika bazarının həcminin azalması öz təsirini göstərib – “Gartner” şirkətinin baş analitiki Mika Kitaqava deyib. “Windows 10” sisteminin quraşdırılması nəticəsində kompüterlərə artan korporativ tələbat bütün regionlarda FK-nin tədarükünə təkan verib, ancaq regiondan asılı olaraq, sistemlərin yenilənmə müddəti dəyişilir".

“Gartner”in məlumatına görə, hazırda komponent çatışmazlığı müşahidə olunur. Cari ilin üçüncü rübündə əməli yaddaşın (DRAM) çatışmazlığı daha çox hiss olunub.

Hesabata görə, 2017-ci ilin iyul-sentyabrında “HP Inc.” və “Lenovo” şirkətləri kompüter tədarükünə görə birinci yeri bölüşdürüblər.

L.Ə.

www.oxu.az

Digər İKT xəbərləri