11 
Okt
2017
16:26
57
42
2000
Virtual karabakh

“Apple” serial çəkəcək

11 Okt, 2017
16:26
2000

“Apple” serial çəkəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” korporasiyası tanınmış rejissor Stiven Spilberqə məxsus olan “Amblin Television” şirkəti ilə müqavilə imzalayıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, məşhur “Amazing Stories” (“Qəribə hadisələr”) serialının davamı kimi 10 yeni bölüm hazırlanacaq. Hər bölümün büdcəsi 5 milyon dollardan çox olacaq.

Bu serial “Apple”ın ilk televiziya layihəsidir. Hazırda layihənin detalları və süjet gizli saxlanılır. S.Spilberqin layihədə icraçı prodüser vəzifəsini tutacağı gözlənilir. Populyar ssenarist və prodüser Brayan Fullerin də işə cəlb olunacağı bildirilir.

Qeyd edək ki, “Amazong Stories” S. Spilberqin ideyası ilə çəkilən fantastik teleserialdır. İlk nümayiş 1985-ci ilin sentyabrından 1987-ci ilin aprelinə qədər olub. Serial 5 dəfə “Emmy” alıb.   

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri