11 
Okt
2017
20:22
69
39
2706
Virtual karabakh

Facebook-da qlobal problem yaranıb – FOTO

Oktyabrın 11-də, axşam saatlarında Facebook sosial şəbəkəsinin işində qlobal problem yaranıb.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan, Rusiya, ABŞ və Avropada istifadəçilər saytın işində yaranmış problem barədə məlumat veriblər.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, saytda girən zaman səhifə yüklənmir və belə bir məlumat çıxır:

“Hazırda saytın fəaliyyətində yaranmış problemə görə, siz hesabınıza daxil ola bilmirsiz. Ümid edirik ki, yaxın vaxtlarda problem öz həllini tapacaq”.

S.B.
www.oxu.az

Digər İKT xəbərləri