13 
Okt
2017
10:50
18
56
1245
Virtual karabakh

Qatlanan korpusu olan "iPhone" istehsal ediləcək

"Apple" şirkəti qatlanan korpusu olan "iPhone" istehsal edəcək.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, şirkət artıq istehsala başlayıb. Yeni model üzərində "LG" şirkətinin bir qrup mühəndisi də çalışır.

"LG" mühəndisləri "iPhone" üçün qatlanan "OLED" ekranı hazırlayırlar. "LG İnnotek"də yaradılan başqa komanda isə qatlanan çap platası üzərində işləyir. Bu plata qatlanan korpusa quraşdırılacaq.

Bildirilir ki, qatlanan telefon 2020-ci ildə satışa çıxacaq.

L.Ə.

www.oxu.az

Digər İKT xəbərləri