13 
Okt
2017
11:49
18
83
5777
Virtual karabakh

İnsanın şəxsiyyətini onun yerişinə görə təyin edən texnologiya

13 Okt, 2017
11:49
5777

İnsanın şəxsiyyətini onun yerişinə görə təyin edən texnologiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinli alimlər tərəfindən hazırlanmış yeni biometrik eyniləşdirmə texnologiyası insanın şəxsiyyətini onun yerişinə görə təyin edəcək. Sistemin işləməsi üçün yalnız hədəfdən 50 metr məsafədə kamera lazımdır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, yeni texnologiya hərəkətin ritmi, sürəti və başqa xüsusiyyətləri daxil olmaqla, unikal yeriş "təsvir”inə əsaslanır. Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Avtomatlaşdırma İnstitutunun elmi işçisi deyib ki, yeni texnologiya gözün qüzehi qişasının skanerləri ilə müqayisədə dəfələrlə sürətli işləyir.

Tanıma sürəti 200 milli-saniyəyə (insanın göz qırpmağı 300-400 ms təşkil edir) bərabərdir. Alimin sözlərinə görə, alqoritm 1000 kv.metr sahədə 1000-dək insanı tanımaq qabiliyyətinə malikdir.

Biometrik eyniləşdirmə sistemləri Çində hər yerdə tətbiq olunur. Ölkənin 4 şəhərində dörd yol ağızlarında qurulmuş kameralar küçə hərəkəti qaydalarını pozan piyadaları müəyyənləşdirir, Pekin ictimai parkında tualet kağızını oğurlayan şəxslərlə mübarizə aparmağa kömək edir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri