13 
Okt
2017
14:56
103
12
1620
Virtual karabakh

"Microsoft" şirkəti Atlantik okeanın dibi ilə internet kabeli çəkdi

"Microsoft" şirkəti Atlantik okeanın dibi ilə "Marea" adlı  internet kabelinin çəkilməsi üzrə işləri başa çatdırıb. Yeni internet kabelinin buraxılış qabiliyyəti saniyədə 160 Tbit təşkil edir ki, bu da adi ev internet xəttinin orta sürətindən 16 milyon dəfə çoxdur.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, ABŞ-ın Virciniya ştatının sahilini İspaniyanın Bilbao şəhəri ilə birləşdirən təxminən 6,6 min km uzunluğunda və 4500 ton ağırlığında olan kabel okeanın dibi ilə çəkilib.

"Microsoft" şirkətinin məlumatına görə, yeni kabelin böyük buraxılış qabiliyyəti internet və "bulud" xidmətlərinə artan tələbatı təmin etməyə kömək edəcək. "Brookings"in araşdırmasına görə, 2020-ci ilədək 5 milyard nəfər internetə çıxış imkanına malik olacaq ki, bu da indiki göstəricidən təxminən iki dəfə çoxdur.

L.Ə.

www.oxu.az

Digər İKT xəbərləri