14 
Okt
2017
09:50
10
169
1804
Virtual karabakh

Mobil operatorların gəlirləri artıb

14 Okt, 2017
09:50
1804

Mobil operatorların gəlirləri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1266,1 milyon manatlıq xidmət göstərib.

Oxu.Az xəbər verir ki, göstərilən xidmətlərin 72,6 faizi əhali tərəfindən istehlak olunub.

2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2 faiz artıb. Gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 50,2 faizi və ya 635,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında xidmətlərdən əldə edilən gəlirin 49,8 faizi və ya 552,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri