14 
Okt
2017
10:06
70
20
1851
Virtual karabakh

"YouTube" proqramında videonu avtomatik işə salan funksiya tətbiq ediləcək

14 Okt, 2017
10:06
1851

"YouTube" proqramında videonu avtomatik işə salan funksiya tətbiq ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Google" şirkəti "YouTube" proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb. Bu haqda "Androidcentral" nəşri yazır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, indi "Əsas" vərəqindəki video avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.

İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar, adətən, narahatçılıq yaradır, amma "YouTube"da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsi faktı sözügedən funksiyanı daha az yorucu edir. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri