16 
Okt
2017
11:00
11
33
4660
Virtual karabakh

Sadə şəkil çəkimindən smartfon fotoqrafiyasına – FOTO

16 Okt, 2017
11:00
4660

Sadə şəkil çəkimindən smartfon fotoqrafiyasına – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin əvvəllərində “Saatchi” Qalereyası “Selfiedən Özünüifadəyə” adlı incəsənət sərgisi təşkil etdi. Yeni olmasa da, ilk dəfə idi ki, smartfon fotoqrafiyası incəsənətə bu qədər yaxın idi. Fotoqrafiya sənəti dedikdə, ilk olaraq insanların ağlına Henri Kartyer-Bresson, Yosef Kudelka və Araki Nobuyoshi kimi böyük sənətkarların adları gəlir. Bu böyük ustalar tərəfindən çəkilən “həlledici” ağ-qara və canlı kadrlar bədii gözəlliyi və insan təlaşını əks etdirir.

Əllərində şüşə tutan oğlan, Henri Kartyer-Bresson (mənbə: İnternet)

Henri Kartyer-Bressonun zamanında "Leica" fotoparatları işlətmək, kadrı anında və yerində çəkmək insanlar üçün normal bir hal idi. İndi isə fotoqrafiya texnologiyası təkamül etdikcə və smartfonlardan geniş istifadə edildikcə, hər smartfon istifadəçisi üçün gördüyü hər şeyi çəkmək artıq çox asandır.

Smartfonların əsas mahiyyəti onların əlaqə vasitəsi olmasıdır, lakin insanlar üçün onun 1 nömrəli xüsusiyyəti şəkil çəkməkdir.  Telefonların kameraları da istifadəçilərin tələblərinə uyğun olaraq, təkamül dövrü keçir, belə ki, son illərdə yaranmış ikili kamera texnologiyası telefon kameralarını yüksək səviyyəyə çatdırdı. Fotoqrafiya tarixində əsas rol oynayan "Leica" "Huawei" ilə birlikdə "Leica"nın ikili kamera sistemini yaratdı. Bu, təkcə smartfon fotoqrafiyası üçün dönüş nöqtəsi rolu oynamadı, həmçinin telefon kameralarından fotoqrafiya sənətində geniş istifadə edilməsinə də töhfə vermiş oldu.

“Saatchi” Qalereyasının bu il təşkil etdiyi sərgi fotoqrafiya sənətində humanist qayğını və anlıq kadrlardan yaradılmış sənət nümunələrini nümayiş etdirdi. Bu gün ən çox istifadə edilən fotoqrafiya vasitəsi olan smartfon həm də həlledici anları çəkmək, yaddaşda saxlamaq və hissləri əlaqələndirməkdə insanlara kömək edir.

"Huawei-Leica" ikili kamera sisteminə əsaslanır, "Saatchi" Qalereyasının təşkil etdiyi "selfie" sərgisi fotoqrafiya sənətinin bədii xarakteristikasını müəyyən etdi

Fotoqrafiya tarixindəki xüsusi yeri sayəsində "Leica" smartfon fotoqrafiyasına daxil edilən xüsusi mədəniyyət simvoluna çevrildi. P9 seriyasının yaradılmasından bəri biz smartfon fotoqrafiya təcrübəsində böyük addım olduğunu və ikili kamera texnologiyasının dəbə çevrildiyini müşahidə edirik.

"Leica" ilə olan əməkdaşlıq təkcə "Huawei"in nüfuzunu yüksəltmədi, həmçinin şirkətin güclü idarə sistemində mühüm inkişafa gətirib-çıxardı. DXoMark P9 seriyasından son dərəcə məmnun olduğunu və "Leica"nın öz təcrübəsini və gücünü smartfonlarla birləşdirmək üçün gördüyü işləri xatırladığını bildirdi.

Qeyd edək ki, "Huawei" "Leica" ilə olan yaxın əməkdaşlığı səbəbi ilə "Leica" markalı ikili kameraya su nişanı xüsusiyyəti əlavə etmişdir. İnsanları şəkil çəkməyə və onları sosial şəbəkələrdə paylaşmağa cəlb edən də elə "Leica"nın bu kiçik xüsusiyyətidir. Telefon istehsalçıları və üçüncü şəxs mobil applikasiya yaradıcıları da bu trendi izləmiş və öz məhsullarına oxşar xüsusiyyətlər əlavə etmişdir. Brend marketinqi üzrə geniş təsir yaratmağa çalışarkən, bu kiçik etiket "Leica" markalı ikili kamera anlayışını daha da effektiv vəziyyətə gətirir.

"Leica"nın su nişanı xüsusiyyətindən təsirlənən bazardakı bütün markalar öz telefonlarına bu xüsusiyyəti əlavə etmişlər.

Bir müddət "Leica"nın su nişanı funksiyası ilə çəkilən şəkillər “WeChat” proqramının bütün anlarında görünürdü. Çoxları üçün istifadəçilərin öz şəkillərində niyə bu funksiyadan istifadə etməyi maraqlı ola bilər. Səbəblər çoxdur: Birinci səbəb, onlar "Leica"nın bu funksiyası ilə şəkillərini canlandırmaq istəyirlər, başqa bir səbəb, onlar paylaşdıqları şəkillərin təkrarolunmaz olmasını istəyirlər və bu da Leicanın bu funksiyasının təmin etdiyi xüsusiyyətlərlə mümkündür.

"Leica"nın su nişanı xüsusiyyəti smartfon fotoqrafiyasına hekayə əlavə edir. Brendin tarixinin fotoqrafiyanın tarixi ilə üst-üstə düşməsi sayəsində su nişansız çəkilən şəkillərlə müqayisədə bu xüsusiyyətdən istifadə edilərək, çəkilən şəkillərin daha çox “hekayəsi” olur.

"Huawei" və "Leica" müvəffəqiyyətlə bu trendi həyata keçirərkən çox az insan bilirdi ki, su nişanı xüsusiyyətinin “canlı” hala salınması ilə bağlı "Huawei" daxilində heç bir razılıq əldə edilməmişdi. Bəzi proqram yaradıcıları su nişan xüsusiyyətli kameraların çoxdan istehsal edilməsinə baxmayaraq, onları hələ almamışdı. "Huawei"in daxili kameraları su nişan xüsusiyyətinin, həmçinin hava, tarix və s. kimi məlumatlardan da istifadə etməsini təmin edir. Lakin bu xüsusiyyətdən çox nadir hallarda, 10 milyonda bir istifadə edilir. Bu xüsusiyyətlərin reallaşdırılması baxımından "Leica"nın su nişan xüsusiyyəti və su nişan xüsusiyyətli kamera arasında, demək olar ki, heç bir fərq yoxdur.

Mikroinnovasiyanın səbəbi yaradıcıların bu faktdan ilham almalarıdır: Fotoqrafiya həvəskarları müəllif hüquqlarını vurğulamaq və insanlara eynisini necə etməyi göstərmək üçün əksər hallarda su nişan xüsusiyyətindən istifadə edərək, cihaz, parametrlər və s. kimi məlumatlarla öz şəkillərini işarələyirlər: Asan şəkildə paylaşım və daha çox istinad edilən məlumatlar: "Huawei"in ilk növbədə etmək istədiyi budur. Müxtəlif müzakirələrdən sonra lazımsız parametrlər çıxarıldı və yalnız "Leica" ikili kamerasının su nişanı xüsusiyyəti istifadəyə davam etdi. Təəccüblüdür ki, bu sadə xüsusiyyət "Leica" ikili kamerasının tanınmasına səbəb oldu və insanları şəkil paylaşmaq üçün həvəsləndirdi.

BBS (elektron elan lövhəsi) istifadəçiləri insanlara gözəl şəkil çəkməyi öyrənmək üçün müxtəlif parametrlər təqdim edir (Mənbə: İnternet)

"Huawei" su nişan xüsusiyyəti gələcəyin planlaşdırılması ilə bağlı mühüm tədbirlər görür. "Leica"nın su nişan xüsusiyyəti sosial şəbəkədə məşhurlaşdıqdan sonra bir çox telefon istehsalçısı buna davam etdi. Bəzi üçüncü şəxs applikasiyalar hətta bu xüsusiyyəti kopyaladılar. İstifadəçilər bu xüsusiyyətdən istifadə edərək, müxtəlif fotoqrafiya təcrübələri yaşayacaqlarına ümid edirlər.

Şübhəsiz, "Huawei" "Leica"nın su nişanı xüsusiyyətindən istifadə etməyə davam edəcək, lakin bunu məhdud şəkildə edəcək. Əslində siz “selfie” rejimində su nişan xüsusiyyətinin deaktiv edildiyini görmüş olmalısınız. Siz bu xüsusiyyətdən yalnız bir neçə rejimdə istifadə edə bilərsiniz. Bu xüsusiyyətdən sui-istifadə etmək, əslində, "Huawei" və "Leica" markalarının sonunu gətirir.

Smartfon fotoqrafiyası sənətində bir neçə dönüş nöqtəsi olmuşdur. Fotoqrafiya tarixində ən böyük marka olan "Leica" smartfonları yalnız peşəkarlıqla deyil, gələcəkdə daha çox imkanla təmin edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri