16 
Okt
2017
12:03
62
15
2554
Virtual karabakh

“Apple” şirkətinin həmtəsisçisi yeni proqram yaratdı

16 Okt, 2017
12:03
2554

“Apple” şirkətinin həmtəsisçisi yeni proqram yaratdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak yeni “Woz U” onlayn təhsil proqramını istifadəyə verib. Proqram texniki təhsilin mənimsənilməsində müxtəlif insanlara yardımın göstərilməsini nəzərdə tutur.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, servis texnoloji sahədə karyera seçimi ilə yanaşı, İT şirkətlərinə yeni əməkdaşların təlimi üçün resurslardan istifadəyə imkan verəcək. Söhbət ilk növbədə proqram təminatı tərtibatçısı, mühəndis və s. kimi peşələrin nümayəndələrindən gedir.

Bildirilir ki, giriş kurslarından platforma istifadəçiləri pulsuz yararlana bilsələr də, gələcəkdə təlimin ödənişli olacağı gözlənilir. Kursların qiyməti barədə hələlik məlumat verilmir.

“Apple” şirkəti “iTunes U” adlı oxşar təhsil platformasına malikdir. Servisə artıq minlərlə təhsil müəssisəsi, o cümlədən dünyanın ən nüfuzlu ali təhsil ocaqları (Oksford, Kembric universitetləri, Massaçusets Texnologiya İnstitutu) qoşulub. Bölmədən yüz mindən çox ABŞ tələbəsi aktiv şəkildə istifadə edir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri