16 
Okt
2017
14:54
17
38
1944
Virtual karabakh

Videozəngləri sadələşdirəcək proqram yenilənmələri həyata keçirilir

16 Okt, 2017
14:54
1944

Videozəngləri sadələşdirəcək proqram yenilənmələri həyata keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün videozənglərin edilməsini sadələşdirəcək proqram yenilənmələri həyata keçirməyə başlayıb. Söhbət faktiki olaraq “Google Duo” videoçatının “Telefon”, “Kontaktlar” və  “Bildirişlər” əlavələri ilə daha sıx inteqrasiyasından gedir.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, hazırda yenilənmə “Pixel” və “Pixel 2” smartfonları, eləcə də, “Android One” və “Nexus” istehsal xəttindən olan smartfonlar üçün yayılır.

Şirkət əhatə dairəsinin genişləndirilməsi məqsədilə operator və istehsalçılarla birgə fəaliyyət göstərir. İnteqrasiya nəticəsində videozəng funksiyası “Google Duo” proqramından istifadə edən kontaktlar üçün “Telefon”, “Kontaktlar” və  “Bildirişlər” əlavələrində görünəcək. Funksiyanın işə salınması üçün həm zəng edən, həm də zəngi qəbul edən istifadəçidən “Google Duo” əlavəsinin quraşdırılması tələb olunur.

Bundan əlavə, “Google” videozənglər üçün “ViLTE” (Video over LTE) standartını dəstəkləməyə başlayıb. Şəbəkə operatoru standartı dəstəkləyəcəyi təqdirdə zəng üçün ondan istifadə ediləcək.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri