16 
Okt
2017
17:52
303
28
5785
Virtual karabakh

Dubay polisi uçan motosikletdə gəzəcək

16 Okt, 2017
17:52
5785

Dubay polisi uçan motosikletdə gəzəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dubay polisi bir gün onun patrul donanmasının bir hissəsi olacaq gələcəyin uçan motosikletinin sınaqlarını keçirib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, texniki tərəfdən “Ferrari” və “Lamborghini” superkarları ilə təchiz olunmuş Dubayın hüquq-mühafizə orqanları yeni texnologiyalara da investisiya yatırmağa çalışır. Bu isə cinayətkarlıqla daha effektiv mübarizə aparmağa və ictimaiyyəti mühafizə etməyə imkan verəcək.  

Ötən həftə Dubayda baş tutan “GITEX Technology Week 2017” texnologiya sərgisində Rusiyanın “Hoversurf” şirkəti xüsusi olaraq yerli polis üçün tərtib edilmiş uçan elektrikli motosikletin prototipini nümayiş etdirib. İstehsalçıların sözlərinə görə, uçan motosiklet küləyin və tozun təsiri ilə ekstremal şəraitdə aparılan sınaqları uğurla keçib.

Belə ki, motosiklet havada 64 km/saat sürət yığa bilir və 25 dəqiqə uçmaq qabiliyyətinə malikdir. Həmçinin motosiklet 300 kiloqram yükü də daşıya bilir. 

Dubay polisi ümid edir ki, gələcəkdə uçan motosikletlərdən zabitlərin hadisə yerinə operativ gəlməsi üçün istifadə etmək mümkün olacaq. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri