17 
Okt
2017
16:10
16
116
3573
Virtual karabakh

"Android" sistemi ilə işləyən smartfonlar təhlükə qarşısında

17 Okt, 2017
16:10
3573

"Android" sistemi ilə işləyən smartfonlar təhlükə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Wi-Fi" şifrləmə protokolunda aşkar edilmiş təhlükəli boşluq nəticəsində "Android" sistemi ilə işləyən smartfonların 41%-i "KRACK" hücumu qarşısında dayanıqsızdır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, "KRACK" hücumu yalnız simsiz marşrutlayıcıları deyil, həmçinin "Windows", "iOS" və "macOS" sistemi ilə işləyən kompüterləri təhdid edir, lakin "Android" və "Linux" istifadəçiləri daha böyük təhlükə ilə üz-üzədirlər. Təhlükəsiz rabitə kanalına müdaxilə edən haker məxfi informasiyanı ələ keçirə, trafiki dəyişə, zərərverici kod tətbiq edə və qanuni proqramları saxtaları ilə dəyişdirə bilər.

"Android" və "Linux" sistemlərində "Wi-Fi" parola müdaxiləyə ehtiyac yoxdur: şəbəkənin əhatə zonasında olmaq kifayət edir. "Google" bu problem barədə xəbərdar edilib və 6 noyabrda təhlükəsizlik paketi çıxaracaq.

"Microsoft" şirkəti artıq "Windows" sisteminin bütün dəstəklənən versiyaları üçün təhlükəsizlik paketləri çıxarıb.

Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən "WPA2" ("Wi-Fi Protected Access II") şifrləmə protokoluna müdaxilə haqda dünən məlumat yayılıb. Potensial təhlükə haqda "US-CERT" təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrindən biri) xəbər verib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri