17 
Okt
2017
20:57
40
157
24118
Virtual karabakh

“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO

17 Okt, 2017
20:57
24118

“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir.

Oxu.Az-ın Xəzər T-yə istinadən məlumatına əsasən, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərcləri şirkətə tərəfindən ödəniləcəyi bildirilir.

İKT üzrə mütəxəssis Samir Kərimov deyir ki, bu tip fotoların və mesajların paylaşılması ilə “WhatsApp” heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.

Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.

İnsanların isə bu mesajlara yanaşması birmənalı deyil.

Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatları paylaşmaq lazım deyil.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri