18 
Okt
2017
01:50
185
20
7019
Virtual karabakh

“iPhone 8” gözlənilən satış rekordunu qıra bilmədi – SƏBƏBLƏR

18 Okt, 2017
01:50
7019

“iPhone 8” gözlənilən satış rekordunu qıra bilmədi – SƏBƏBLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“iPhone 8” smartfonu gözlənilən satış rekordunu qıra bilməyib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, “Apple” şirkətinin sentyabrın 12-də təqdimatını keçirdiyi “iPhone 8” və “iPhone 8 Plus” yeni modelləri artıq bir çox ölkələrdə satışa çıxarılıb. Lakin bundan əvvəlki “iPhone 7” modeli “iPhone 8”dən daha çox satılır.

Bunun səbəblərindən biri kimi noyabrda təqdimatı gözlənilən “iPhone X” modelinə görə “iPhone 8”ə marağın azalması göstərilir.

Həmçinin “iPhone 8”də “iPhone 7” ilə müqayisədə çox yenilik olmadığı üçün, həm də ucuz qiymətə görə əksər alıcıların əvvəlki modelə üstünlük verdiyi bildirilir.

Qeyd edək ki, “iPhone 8”in ABŞ-da qiyməti 699 dollardan başlayır. “iPhone X”in qiymətinin isə ən azı 999 dollar olacağı deyilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri