19 
Okt
2017
11:10
101
24
15893
Virtual karabakh

"WhatsApp”dan istifadəçiləri sevindirəcək daha bir YENİLİK

19 Okt, 2017
11:10
15893

"WhatsApp”dan istifadəçiləri sevindirəcək daha bir YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"WhatsApp” istifadəçiləri siyahıdakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. "Live Location” adlanan funksiya servisin hazırkı sahibi – "Facebook” şirkətindən götürülüb.

Oxu.Az BakuPost-a istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni funksiyadan yaxın vaxtlarda həm "iOS”, həm də "Android” istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

"WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, "Live Location” də "End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin etməsini gözləyə biləcəklər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri