Okt
2018
16:58
38
65
10159
Virtual karabakh

Naina Mehdiyeva: Çoxları buna inanmırdı - FOTO

1 Okt, 2018
16:58
10159

Naina Mehdiyeva: Çoxları buna inanmırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Banklardakı uzun növbələri və post-terminalların texniki, eləcə də, xidmət keyfiyyətinin bərbad vəziyyətini nəzərə alsaq, onlayn ödəniş sistemləri ən rahat seçimdir.

Oxu.Az xəbər verir ki, bunu nəzərə alan “GoldenPay” şirkəti onlayn ödəniş sistemi olan “Hesab.az” portalının uğurlu fəaliyyətini təmin etmək məqsədilə saytını və mobil tətbiqini təkmilləşdirərək, funksionallığını və istifadə üçün rahatlığını daha da yüksəldib.

“GoldenPay” şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyevanın sözlərinə görə, saytın yenilənmiş versiyası istifadəçilər üçün bir neçə üstünlüklər qazandırıb:

“Artıq istifadəçilər elektron poçt ünvanı ilə yanaşı, həm mobil telefon, həm də sosial şəbəkə, “Google” vasitəsilə “Hesab.az”a qoşula bilər. Bundan əlavə, avtomatik ödəniş funksiyası da yaradılıb. Yəni, elə xidmətlər var ki, bu xidmətlərdən daimi istifadə edilir və aylıq borclanma yaranır. Nümunə olaraq kommunal xidmətləri göstərmək olar. Bu zaman ödənişi avtoödənişə çevirə bilərik”.

Bunu daha sadə dillə ifadə etsək, o deməkdir ki, müştəri bu xidmət vasitəsilə “Azərsu”ya borcunu aylıq ödəyə bilər. Eyni zamanda, avtomatik ödənişləri üçün limit də qoya bilər. Limitdən çox borc yaranarsa, bu zaman “Hesab.az” istifadəçiyə mesaj göndərir ki, ödəniş etmək mümkün olmadı, çünki borcun məbləği limiti aşıb.

Yeniliklərdən biri də budur ki, istifadəçi borclarını əvvəlki kimi pərakəndə şəkildə müxtəlif səhifələrdən deyil, birbaşa ana səhifədə yaradılan borclar kateqoriyasından öyrənə biləcək. Və borc yaranan kimi istifadəçiyə bildiriş məlumatları göndəriləcək.

Qeyd edək ki, Azərbaycanda ödənişlərin yalnız 15%-i onlayn həyata keçirilir. Bu 15%-in içində isə payın 75%-i məhz “GoldenPay”in vasitəsilə reallaşdırılır.

Azərbaycan xalqının onlayn şəkildə pul ödədiyi sahələr isə bunlardır: kommunal xidmətlər, internet ödənişləri, stasionar telefon, mobil rabitə və kabel televiziyası.

Mərkəzi Bankın statistik göstəricilərinə əsasən, onlayn ödənişlərin sayında dinamika var, amma son iki ildə həcmi getdikcə azalır. Yəni, əvvəllər yalnız nağd ödənişlər edən ölkə vətəndaşlarının bir qismi aldığı xidmətin və ya məhsulun pulunu artıq onlayn ödəməyə başlayıb, lakin bəzi bankların bağlanması kart ilə edilən ödənişlərə təsir edib.

N.Mehdiyevanın açıqlamasına görə, ödənişlərdə əsas rəqəm onların həcmi deyil, sayıdır. Çünki məbləğ mövsümi faktorlar və iqtisadi situasiyalardan asılı olaraq artıb-azala bilir. Məsələn, elektrik enerjisinə görə ödənişlər yay aylarında artır, sentyabr, oktyabrda isə istifadə sayı zəiflədiyindən azalır.

Ödəniş sayı ümumilikdə vətəndaşların onlayn ödənişə müraciətləri üzrə tendensiyanı görməyə imkan verir. Bu artım “Hesab.az” ilə ödənişlərdə də özünü göstərir. Belə ki, hər ay ortalama 3-5% artım qeydə alınır:

“Bu gün fəxrlə deyə bilərik ki, hər ay yalnız “Hesab.az” üzərindən 20 milyon manata yaxın vəsait keçir. Halbuki, vaxtilə 100 min manatı böyük bayram kimi qeyd etmişdik. Buna nail olacağımıza isə çoxları inanmırdı”. 

Məlumat üçün bildirək ki, “GoldenPay”in bir neçə xidməti var və “Hesab.az” bu xidmətlərdən biridir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri