26 
Okt
2018
12:23
1
9
16972
Virtual karabakh

Azərbaycanda kriptovalyutanın hazırlanma mərhələləri açıqlanacaq

26 Okt, 2018
12:23
16972

Azərbaycanda kriptovalyutanın hazırlanma mərhələləri açıqlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) həsr olunmuş tədbir keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbirdə “Keepface” şirkətinin həmtəsisçisi Vaqif Abbasov bildirib ki, sabah keçiriləcək tədbir iki hissədən ibarət olacaq:

“Tədbir açılış mərasimi və konfransdan ibarətdir. Açılış mərasimində 960 nəfərlik zal tam olaraq dolacaq. Əlavə 300 konfrans zalı var. Tədbirə 1300 nəfərin qatılacağı planlaşdırılır. Tədbirdə robot “Sofiya”nın xüsusi açılış nitqi olacaq. Daha sonra süni intellekt barədə sual-cavab baş tutacaq”.

Vaqif Abbasov bildirib ki, “Beynəlxalq İnnovasiyalar həftəsi” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də, dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq”.

Təsisçi qeyd edib ki, “Keepface”  şirkəti 2016-ci ildə fəaliyyətə başlayıb:

“Hazırda 35 ölkədə fəaliyyət göstərir. 2019-ci ildə daha böyük bazarlara daxil olmaq planlarımız var. ABŞ, Çin, Kanada kimi ölkələrə daxil olmağı planlaşdırmışıq. Bakıda, Dubayda və İstanbulda ofisimiz var”. 

Sabah baş tutacaq tədbirdə “Keepface” şirkəti 2019-cu ildə çıxarmağı planlaşdırdığı “keepcoin” kriptovalyutasının hazırlanma mərhələlərini də açıqlayacaq.

“Daha öncə kriptovalyuta yaratmağa cəhdlər oldu, lakin beynəlxalq bazarda kriptovalyutaların dəyəri aşağı düşdüyündən planımızı bir müddət təxirə saldıq. Artıq beynəlxalq bazarı daha geniş araşdırmışıq və 2019-cu ildə “keepcoin”i çıxarmağı planlaşdırırıq”, - Vaqif Abbasov deyib.

“Gilan” şirkətinin marketinq və İctimayyətlə Əlaqələr şöbəsinin rəhbəri Fərid Məmmədov bildirib ki, Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi inkişafın nəticəsidir:

“Bizim şirkətimiz bir sıra maarifləndirici tədbirlər keçirib. Bu cür tədbirlərə də dəstək veririk”.

“Beynəlxalq Bank”ın nümayəndəsi Nigar Qasımova bildirib ki, ilk dəfə keçirilən innovasiya həftəsi mühüm yer tutur:

“Beynəlxalq Bank” olaraq bu cür tədbirlərin keçirilməsinə dəstək olmaq bizim üçün qürurverici hissdir”.

“Azercell”in nümayəndəsi Nigar Şıxlınskaya isə qeyd edib ki, ölkədə inkişaf rəqəmsiz mümkün deyil: 

“Bizim qurum müasir xidmətləri mümkün edən sahədir. Hesab edirəm ki, bu cür tədbiri ölkəmizə gətirməklə insan həyatının asanlaşdırılmasına kömək edirik”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri