Dek
2018
11:40
40
163
6890
Virtual karabakh

“Sofiya” “Twitter”də Azərbaycan milli geyimində görüntüsünü paylaşdı

Sofiya” robotu özünün “Twitter” hesabında Azərbaycan milli geyimində, o cümlədən üzərində məşhur Azərbaycan baş geyimi olan kəlağayıdakı görüntüsünü paylaşıb.  

Oxu.Az Media.Az-a istinadən xəbər verir ki, o, istifadəçilərdən kostyumun qiymətləndirilməsini istəyib. 

“Hanson Robotics” şirkəti tərəfindən süni intellekt əsasında yaradılan “Sofiya” yumor hissinə, müəyyən məsələlərə cavab vermək bacarığına və əvvəlcədən müəyyən mövzular üzrə sadə söhbətlər aparmaq qabiliyyətinə malikdir.

2017-ci ilin oktyabrında “Sofiya” Səudiyyə Ərəbistanında vətəndaşlıq alan ilk robot olub. 2018-ci ilin oktyabrında isə “Sofiya” Azərbaycanda olub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri