Dek
2018
13:45
39
47
8081
Virtual karabakh

“Mobil reportyor”un ilk qalibi mükafatlandırıldı - FOTO

Baku.TV video portalı Oxu.Az saytı ilə birlikdə təqdim etdiyi “Mobil reportyor” rubrikasının ilk qalibi müəyyən olunub. 

Noyabr ayı üçün redaksiyamıza göndərilən videolar arasında baxış sayına görə birinciliyi Qismət Kərimov əldə edib. 

Onun göndərdiyi kadrlarda servis maşınının süpürgəçi qadını vurub öldürdüyü əks olunub. 

Video yükləndiyi andan bu günə qədər 42 min 500 baxış toplayıb. 

Qalibə mükafat olaraq “Xiaomi Redmi 6” smartfonunu hədiyyə edilib.

Qeyd edək ki, müsabiqə davam edir. Dekabr ayının qalibi olmaq istəyirsinizsə, tələsin!

Ətrafınızda şahidi olduğunuz maraqlı və vacib hadisələri çəkib bizim info@baku.tv ünvanımıza və ya redaksiyanın “Whatsapp” (“Telegram”) nömrəsinə: (+99455) 974-34-03 göndərin.

İştirakçılar üçün əsas tələblər çox sadədir: video sizin tərəfinizdən çəkilməli və yalnız bizim saytlarda yayımlanmalıdır.

Təqdim olunan videomateriallar Azərbaycan Respublikasının mövcud qanunvericilik normalarına zidd olmamalı və müəllif hüquqlarını pozmamalıdır.

Bütün göndərilən videolar Baku.tv saytının müvafiq bölməsində yayımlanacaq və xəbər şəklində Oxu.Az saytında yerləşdiriləcək (xəbərin yazılması barədə qərarı yalnız Oxu.Az-ın redaksiyası qəbul edir). Ay ərzində ən çox baxılan videonun müəllifi mükafat olaraq “Xiaomi Redmi 6” smartfonunu qazanacaq.

Müsabiqədə iştirak şərtləri:

İnternetdən götürülmüş və redaksiyaya göndərilmiş videolar hətta saytda yayımlansa belə, müsabiqəyə qəbul edilmir.

Müsabiqə üçün redaksiyaya göndərilmiş videolar yalnız saytlarda (Baku.Tv və ya Oxu.Az-da) yayımlandıqdan sonra müsabiqədə iştirak edir.

Videonun yayımlanması ilə bağlı qərar redaksiya tərəfindən qəbul edilir və onun müəllifi qəbul edilmiş qərarla bağlı məlumatlandırılır.

Qalib hər ayın ilk günündə Baku.Tv saytının müvafiq bölməsindəki baxış sayına uyğun elan edilir.

Baxış sayını süni artırmaq mümkün deyil, hətta bütün günü F5 düyməsini basmaqla belə. Biz artıq lazımi qərarları qəbul etmişik və hər şey ədalətli olacaq!

Bizim müsabiqəmizdə iştirak edin və qalib olun! Bütün iştirakçılardan yalnız müsbət videolar almaq arzusu ilə! Hər kəsə uğurlar!

* Qalibə təqdim olunacaq smartfonun arxa qapağında “Dekabr 2018” (nümunə kimi) yazısı (ilin hər ayına görə yazı dəyişəcək) və Oxu.Az-ın loqotipi əks olunacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri