Dek
2018
14:07
77
40
8029
Virtual karabakh

Azərbaycan, İran, Rusiya və Türkiyənin İKT nazirləri görüşüb

4 Dek, 2018
14:07
8029

Azərbaycan, İran, Rusiya və Türkiyənin İKT nazirləri görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüş keçirilib.

Oxu.Az-ın məlumatına görə, görüşdə Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya Federasiyasının Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov, Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi iştirak edib.  

Görüşün gündəliyinə startap ekosistemlərinin inkişafı, peyk, poçt xidmətləri, kibertəhlükəsizlik, beynəlxalq fiber-optik şəbəkələrin inkişafı sahəsində əməkdaşlıq, texnologiya parklarının layihələndirilməsi, eləcə də, idarə olunması ilə bağlı məlumat və təcrübə mübadiləsinin müzakirəsi daxildir.  

Nazirlər kommersiya məqsədli peyk xidmətləri, birgə kibertəlimlərin təşkili, poçt xidmətləri sahəsində daşıma və tranzit imkanlarından istifadə, milli kibertəhlükəsizlik qurumlarının koordinasiyalı fəaliyyətinə dair də fikir mübadiləsi aparıblar. 

Sonda qeyd olunan sahələrdə səmərəli əməkdaşlıq, birgə təlim, tədqiqat işləri, bilik və təcrübə mübadiləsi aparılması, eyni zamanda, dördtərəfli konsorsiumun yaradılması qərara alınıb. İran tərəfinin təklifi ilə növbəti eyni tərkibli görüşün İranda keçirilməsi razılaşdırılıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri