Dek
2018
18:19
74
45
9881
Virtual karabakh

“Azərpoçt” məhsulları Çindən gətirir, dünyanın 20 ölkəsinə çatdırır

“Azərbaycan Poçtu ənənəvi xidmətlərlə yanaşı, bank-maliyyə xidmətləri də göstərir. Milli poçtumuz beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətə başlamışdır” – ölkə başçısının XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına ünvanlandığı məktubda bu məqamları tezis seçib, yollandıq Bakı Ekspo Mərkəzinə.

Sərgi müxtəlif yaş kateqoriyalarından olan insanlarla dolu idi. Hər bir stend və pavilyonda texnoloji mühiti duymaq mümkün idi. Sərgi ilə tanışlıq marşrutumuzun ilk dayanacaq nöqtəsi bəlli idi - milli poçt operatorunun stendi. İlk olaraq öyrəndik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəssisə və qurumları bu il də bir çətir altında eyni pavilyonda cəmləşiblər.

Təyinat nöqtəsinə çatırıq və öyrənirik ki, “Azərpoçt” MMC bu il daha innovativliyə imza ataraq sərgidə ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsi prototipi təqdim edir.

Bu stend-şöbədə poçt göndərişləri və qəbulu üçün avadanlıq-poçtamat, elektron tərəzi, özünəxidmət terminalı, vəsiqə skaneri, ödəniş qəbulu və plastik kartların verilməsi üçün avadanlıq, eyni zamanda, kommunal və digər xidmətlər üçün ödəniş terminalları, avtomatlaşdırılmış valyuta mübadilə terminalı, eləcə də, bank hesabında vəsaitin artırılması üçün “Smart safe” depozit avadanlığı yerləşdirilib.

Qeyd edildi ki, gələcəkdə sərgidə nümayiş olunan avadanlıqları bir çox ictimai yerlərdə quraşdırılacaq və yeddi gün, 24 saat ərzində zəruri poçt xidmətlərinin göstəriləcəyi şöbənin gələn ildən fəaliyyətə başlaması nəzərdə tutulur. 

Poçtun maliyyə xidmətləri göstərməsinin zərurətini soruşduqda bildirdilər ki, Dünya Bankı ilə reallaşdırılan “Maliyyə xidmətlərinin inkişafı layihəsi” və layihənin sonrakı mərhələsinin uğurla reallaşdırıldığı ölkələrdən biri məhz Azərbaycandır. Hətta Azərbaycanın bu təcrübəsi bir çox xarici ölkələrə nümunə kimi göstərilir.

Uğurlu təcrübə sayəsində Mərkəzi Bank tərəfindən 2010-cu ildə “Azərpoçt” MMC-yə verilmiş razılığa (lisenziyaya) uyğun olaraq, Milli Poçt operatorunun əksər şöbələrdə bank-maliyyə xidmətləri - poçt hesablarının açılması, pulköçürmələrinin həyata keçirilməsi, maliyyə təsisatlarında müxbir hesabların açılması, debet emissiyası, nağd pulun inkassasiyası reallaşdırılır.

Bundan başqa, Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərir. Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır.

Poçt daşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri