Dek
2018
16:30
46
91
18043
Virtual karabakh

“Azərpoçt” “Rusiya poçtu” ilə memorandum imzaladı

7 Dek, 2018
16:30
18043

“Azərpoçt” “Rusiya poçtu” ilə memorandum imzaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Oxu.Az xəbər verir ki, məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır. 

“Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində iki ildir ki, beynəlxalq “HUB” layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “Rusiya Poçtu” “Azərpoçt”un əsas  tərəfdaşlarından biridir.

Sözügedən layihə çərçivəsində “Rusiya Poçtu” ilə daha öncə də beynəlxalq poçt xidmətləri sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş bağlanıb. Hazırda isə imzalanan memorandumun məqsədi beynəlxalq daşımalar zamanı yaranan problemlərin hər iki ölkənin poçtdaşımalarının maraqlarına əsasən həll edilməsi istiqamətində yeni addımlar atmaqdır.  

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri