12 
Dek
2018
18:30
56
318
22207
Virtual karabakh

Azərbaycan əhalinin internetə çıxış imkanına görə MDB-də liderdir

Dünya əhalisinin yarısından çoxunun internetə çıxış imkanı var.  

Oxu.Az xəbər verir ki, bununla bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının yeni məruzəsində məlumat verilib.

Məruzədə 2016-cı il üzrə MDB ölkələrinin əhalisinin internetə çıxış imkanları göstərilib. Azərbaycan 78 faizlə bu siyahıda liderdir. İkinci yerdə Qazaxıstan (74,5%), üçüncü yerdə Rusiya (73%), dördüncü yerdə Moldova və Belarus (hər biri 71%) qərarlaşıb. 

Ermənistan siyahıda 64 faizlə beşinci yerdədir. Bundan başqa, Ukrayna 53 faizlə altıncı, Özbəkistan 46 faizlə yeddinci, Qırğızıstan 34,5 faizlə səkkizinci, Tacikistan 20 faizlə doqquzuncu, Türkmənistan isə 18 faizlə onuncu yerdədir. 

Məlumatda qeyd edilib ki, dünya əhalisinin üçdə birinin internetə çıxış imkanı yoxdur. 

Samir İsayev
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri