26 
Dek
2018
07:36
115
23
20968
Virtual karabakh

“Windows 10” sahibini üzdən tanıyacaq

26 Dek, 2018
07:36
20968

“Windows 10” sahibini üzdən tanıyacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni il bayramından sonra bir sıra aparıcı texnologiya şirkətləri istifadəçiləri unikal innovasiyaları ilə sevindirəcək. Fərdi kompüterlər və noutbuklar üçün ən populyar əməliyyat sistemini ərsəyə gətirməyə çalışan “Microsoft” şirkəti  bu baxımdan istisna deyil.

Oxu.Az “Hi-News” portalına istinadən xəbər verir ki, nəzərdə tutulan yeni texnologiyaya əsasən Windows əməliyyat sistemi ilə çalışan istənilən kompüter öz istifadəçisini üzdən tanıyacaq. 

“Microsoft” yeni texnologiyanın hansı funksiya əsasında gerçəkləşəcəyini də gizlətmir.

Məlumata əsasən, 2019-cu ildə “Microsoft” şirkəti  Windows 10 və Xbox One  sistemləri üçün yeni veb kameralar satışa çıxaracaq.

Kameranın əsas özəlliklərindən biri Windows 10 əməliyyat sistemi ilə çalışan istənilən kompüterdə  Windows Hello – üzün tanınması proqramını dəstəkləməsi olacaq.

Digər kamera isə Xbox One əməliyyat sistemi üçün nəzərdə tutulub, və İstifadəçilərin “üz tanınma” funksiyası ilə hesaba daxil olmasını təmin edən “Kinect” funksiyasını dəstəkləyəcək.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri