Fev
2019
17:10
146
54
3637
Virtual karabakh

“Azerspace-2” kommersiya fəaliyyətinə başladı

1 Fev, 2019
17:10
3637

“Azerspace-2” kommersiya fəaliyyətinə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azerspace-2” peyki bu gündən etibarən kommersiya fəaliyyətinə başlayıb. İlk kommersiya fəaliyyətinə başladığı il olmasına baxmayaraq, “Azerspace-2” peykinin 2019-cu il ərzində tutumların istifadəsindən 16,5 milyon ABŞ dolları gəlir əldə ediləcəyi proqnozlaşdırılır.

Oxu.Az xəbər verir ki, "Azərkosmos"un yaydığı məlumata əsasən, “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir.

Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.

“Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək.

Hazırda peykin əhatə zonasına daxil olan ölkələrdə potensial müştərilərlə aktiv biznes danışıqları aparılır. “Azərkosmos” ASC ilə ABŞ, Pakistan və peykin əhatə zonasına daxil olan ölkələrin bir sıra şirkətləri arasında peykin xidmətlərindən istifadəyə dair ilkin razılaşma sazişləri də imzalanıb.

“Azerspace-2” peyki “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Müasir elektrik mühərrikləri ilə təchiz olunmuş “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Xatırladaq ki, “Azerspace-2” 2018-ci il 26 sentyabr tarixində Kuru kosmodromundan orbitə buraxılıb.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri