Fev
2019
15:00
26
74
2678
Virtual karabakh

“Huawei Mate 20” modelləri ilə hər kəs peşəkar fotoqraf olacaq

5 Fev, 2019
15:00
2678

“Huawei Mate 20” modelləri ilə hər kəs peşəkar fotoqraf olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Huawei özünün yeni Mate 20 Seriyasının modellərində foto çəkiliş sahəsində yeniliklər edib. Belə ki, Leica Üçlü Kamerasını yenidən nəzərdən keçirən Huawei öz istifadəçilərinə daha geniş perspektivi təqdim etmək məqsədi ilə Leica Ultra-genişbucaqlı linzalarını telefona əlavə edib.

Geniş mənzərələrdən tutmuş nəfis interyer dizaynları kimi məkanlarda bu kamera istifadəçilərə imkan verir ki, olduqca geniş perspektivdə çəkiliş aparsınlar.

Bu kamera şəklə üçölçülü effekt verir.

Leica ultra-genişbucaqlı linzalar özünün imkanlarını dar məkanlarda bir daha sübut edir. Bu kamera vasitəsi ilə istifadəçilər geniş əhatəlilik görüntüsünü asanlıqla əldə edə bilər. Geniş düzənliklər, güllüklər və dağ silsilələri kimi təbiət gözəlliklərinin şəklini çəkmək üçün bu kamera idealdır və səyahət zamanı ideal yol yoldaşıdır.

Telefon sənayesində qabaqcıl Makro Fotoqrafiya funksiyası

İnsanlar kiçik dünyanın möcüzələri barədə hər zaman maraqlanıblar. Makro fotoqrafiya obyektlərin çox yaxından çəkilişi deməkdir. Əvvəllər smartfonlar makro fotoqrafiya üçün uyğun deyildi. Çünki linzalarla obyekt arasındakı məsafə çox vaxt minimal fokus məsafəsini aşırdı. 

Huawei şirkətinin tətbiq etdiyi yeni kamera istifadəçilərə imkan verir ki, makro linzalara əlavə xərc çəkmədən real makro çəkiliş effektivliyindən istifadə etsin. Huawei Mate 20 seriyası telefon sənayesində aparıcı makro fotoqrafiya imkanını dəstəkləyən ilk smartfondur. Belə funksionallıq kameraya imkan verir ki, 2.5 sm yaxınlıqdan obyektə fokuslansın - bu məsafə hətta insan gözünün imkanlarını aşaraq istifadəçilərə smartfon vasitəsi ilə fotoqrafiya ilə məşğul olmağa imkan verir.

Süni intellektə əsaslanan 4D prediktiv avtofokus

Hərəkət edən obyektlərə fokuslanmaq hətta DSLR kameralarına malik peşəkar fotoqrafları da çətin vəziyyətə salan hiyləgər bir əməliyyatdır. Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan prediktiv avtofokus (PDAF) funksionallıqları mövcuddur. Bu sistem süni intellekt analizini həyata keçirir, şəkil çəkilərkən subyektin forması və elementlərini real vaxt rejimində tuta bilir. Obyekt tanıma funksiyası vasitəsi ilə çoxsaylı obyektlər dəqiqliklə müəyyən edilir, şəkillərə baxılarkən hərəkət edən subyekt real vaxt rejimində izlənilir. PDAF vasitəsi ilə istifadəçi müvafiq fokusu əllə dəyişə bilər.

Tam fokus məsafəsi əsasında portret rejimi

Linzalar fərqli fokus məsafəsinə malikdir və onların hər biri müxtəlif şəkil effektləri ilə öz sahəsində fərqlənir.

3D selfilərdə gözəlləşdirmə funksiyası (Huawei Mate 20 Pro, PORSCHE DESIGN Huawei Mate 20 RS)

Dərin üz cizgilərini tutmaq üçün 3D dərin zondlama kamerası Huawei Mate 20 Pro və PORSCHE DESIGN Huawei Mate 20 RS üzərindəki ön kameraya əlavə edilib. Gözəlləşdirmə effektlərinin dəqiqliyini artırmaq üçün məlumatlar daha sonra telefona daxil edilir.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri