Fev
2019
12:51
21
61
613
Virtual karabakh

“Azercell” növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb

Telekommunikasiya bazarında  liderliyini qoruyan “Azercell”, müştəri xidmətləri sahəsində də innovativ ideya və həll yolları ilə hər zaman seçilir. 2018-ci ilin IV rübündə  “Azercell”-in sosial şəbəkədə göstərdiyi aktivliyi “Socialbakers” şirkəti tərəfindən dəyərləndirilib və “Azercell”  “Socially devoted” sertifikatına layiq görülüb. 

Beləliklə, “Socialbakers” şirkətinin apardığı araşdırmaya əsasən, “Azercell” rəsmi Facebook səhifəsində istifadəçilərin ünvanlandırdığı sualları operativ şəkildə cavablandıraraq, 99% nəticə əldə edib. Nəzərinizə çatdıraq ki,  2012-ci ildə “Facebook” səhifəsində nümayiş etdirdiyi fəaliyyətə görə,  “Azercell” ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. 

Qeyd edək ki, “Azercell Telecom” MMC ölkəmizdə sosial şəbəkələrdə rəsmi səhifə və onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur.

Bu yeniliklərin tətbiqində şirkətin məqsədi abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlərin operativ çatdırılmasıdır. 

Hazırda “Azercell” abunəçiləri Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram sosial şəbəkələrinin imkanları vasitəsilə yüksək keyfiyyətli xidmətdən yararlana bilir. Sosial şəbəkələrdə abunəçilər şirkətlə əlaqə qurub, ən qısa zamanda ehtiyacı olan məlumatları əldə edib və müraciətlərinin həllini tapma imkanına malikdirlər.  

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi  “Azercell Telecom” MMC 1996-cı ildə təsis edilmişdir.

Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən,  “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. 

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri