19 
Fev
2019
10:30
21
140
2552
Virtual karabakh

“Huawei Mate 20 Pro” bazarda ən yaxşı kamerofon adlandırılıb

19 Fev, 2019
10:30
2552

“Huawei Mate 20 Pro” bazarda ən yaxşı kamerofon adlandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Huawei” şirkətinin Mate 20 Pro flaqman modeli ötən ilin oktyabrında buraxılandan sonra smartfon mütəxəssisləri tərəfindən ən çox müzakirə olunan və texniki paramentlərinə görə əvvəlki modellərdən daha üstün hesab olunan bir smartfondur.

Şirkət özünün yeni flaqman modelini istehsal edərkən ən son nəsil texnologiyalardan istifadə edib.

Şikrət bu modeldə süni intellekt, daha inkişaf etmiş mobil bağlantı sistemi tətbiq edib. Buna görə də smartfon müxtəlif faylların yüklənməsində yüksək sürət nümayiş etdirir.

“Huawei Mate 20 Pro” Wi Fi rejimindən mobil rejimə və ya əksinə daha sürətli və kəsintisiz bir keçid edə bilir ki, bu da istifadəçinin hər hansı bir ərazidə mobil bağlantı ilə Wi Fi arasında keçid edərkən kəsintinin olmamasına şərait yaradır. Flaqman model smartfon mobil şəbəkə üzərindən 1.4 Gbit/s yükləmə imkanını dəstəkləyir.

Qeyd edək ki, bu model “DxO Mark” şirkətinin mütəxəssisləri tərəfindən sınaqdan keçirilib və şirkət bu modeli smartfon bazarında ən yaxşı kamerofon adlandırıb. Huawei Mate 20 Pro həmçinin “Android” sisteminin idarəetməsi altında işləyən smartfonların üçlüyündə yer alıb.

“Huawei” şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. Huawei dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri