12 
Sen
2017
17:45
13
146
1705
Virtual karabakh

Ən populyar "YouTube" bloqeri irqçilikdə günahlandırılır

Video çarxlarına “YouTube”də 57 milyon abunəçi izləyən “PewDiePie” videobloqer yenidən irqçi qalmaqalının mərkəzində olub.

Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, özünün “Player Unknown Battlegrounds” oyunundakı strimlərinin birində bloqer qaradərili personajın ünvanına alçaldıcı söz ifadə edib.

Strimin yazısı sosial şəbəkələrdə dərhal yayılıb və “PewDiePie” artıq irqçilikdə günahlandırılır.

Buna qədər dünyanın ən populyar “YouTube” bloqeri antisemit zarafatlarına və videolarında millətçi mövzulu görüntülərinə görə ictimaiyyətin qınağı ilə üzləşib.

A.M.

www.oxu.az

Digər İKT xəbərləri