12 
Sen
2017
17:16
29
43
662
Virtual karabakh

“Facebook”dan yenilik: İstifadəçilərin internet trafikinə qənaət ediləcək

“Facebook” sosial şəbəkəsi istifadəçilərinə internetə daxil olmadan videoya baxmaq imkanı yaradacaq.

Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, həmçinin digər istifadəçilər arasında özünə müəllim tapmaq imkanı da yaradılacaq.

Şirkətin baş direktoru Mark Zukerberq bildirib ki, müəllimlər və şagirdlər istər sosial şəbəkənin masaüstü versiyasında, istərsə də mobil əlavədə bir-biri ilə ünsiyyət qura biləcəklər. O, istifadəçinin həyatını yaxşılaşdırmağa və işində yeni inkişaf perspektivləri müəyyən etməyə imkan verəcək.

Zukerberqin sözlərinə görə, əvvəl resurs bir-biri ilə tanış olan insanları əlaqələndirirdi. Bundan sonra istifadəçiyə tanıyacağı insanları məsləhət verən alqoritm yaradıldı. İndi isə istifadəçilər o adamlarla əlaqə yaradacaq ki, onlar biri-birini tanımaq məcburiyyətindədirlər.

“Facebook”un innovasiyalarından biri də cihaz simsiz internetə qoşulan ana qədər videonun yüklənməsi olacaq. Wi-Fi söndürüldükdən sonra, misal üçün, yolda internetə yenidən qoşulma olmadan videoya baxmaq mümkün olacaq. Bu funksiya “Instant Videos” adlanır və hələlik ancaq bəzi “Android” istifadəçiləri bu xidmətdən istifadə edirlər.

A.M.

www.oxu.az

Digər İKT xəbərləri