12 
Sen
2017
16:55
41
30
1294
Virtual karabakh

MTRŞ: Şura yalnız dövlət büdcəsindən maliyyələşən televiziyalar qarşısında tələb qoya bilər

12 Sen, 2017
16:55
1294

MTRŞ: Şura yalnız dövlət büdcəsindən maliyyələşən televiziyalar qarşısında tələb qoya bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərbaycanda teleradio haqqında qanunvericilikdə uşaq verilişlərinin neçə saat yayımlanacağı ilə bağlı kvota yoxdur. Ona görə də telekanallar qarşısında uşaq verilişlərini nə qədər yayımlamalı olmaları ilə bağlı tələb qoyulmur".

Oxu.Az xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, uşaq verilişlərinin vəziyyəti ilə bağlı telekanallarla dəfələrlə müzakirələr aparılıb: "Yayımçılar imkanları çatan proqramları hazırlamağa çalışdıqlarını bildiriblər. Yay mövsümü ərzində efirdə uşaq verilişlərinin monitorinqi aparılıb, cizgi filimləri, müəllif verilişləri yayımlanıb. "ARB Günəş" televiziyası da uşaqlar üçün verilişlərin hazırlanması, maraqlı efir saatının təmin olunması istiqamətində müsbət addımlar atır".

T.Dadaşov bildirib ki, Şura yalnız dövlət büdcəsindən maliyyəlşən telekanallar qarşısında uşaq verilişləri ilə bağlı tələb qoya bilər: "İctimai Televiziya uşaqlarla bağlı müəllif verilişləri hazırlayır. Şura özəl telekanallar qarşısında bu məsələ ilə bağlı tələb qoya bilmir. İxtisaslaşma aparılmasa da, telekanallar öz tamaşaçılarını itirməmək üçün bu sahəyə də müəyyən mənada diqqət ayırırlar".  

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri