13 
İyl
2023
16:17
17
10
2131
yuxarı
“WhatsApp”dan istifadəçiləri sevindirəcək iki yenilik - VİDEO
13 İyl, 2023
16:17
2131
17
10
“WhatsApp”dan istifadəçiləri sevindirəcək iki yenilik - VİDEO
“WhatsApp”ın yeni 2.23.15.6 “beta” versiyasında istifadəçilərə emojilər kimi müxtəlif reaksiyalara malik animasiyalı avatar yaratmağa imkan verən funksiya tapılıb.
Bu barədə mesencerdəki yenilikləri yaxından izləyən ekspertlər xəbər veriblər.
“Təkmilləşdirməyə şəkil çəkdirərək öz avatarınızı fərdiləşdirmək imkanı daxildir, fotoşəkildən avatar yaratmaq prosesinin qalan hissəsi isə avtomatikdir”, - deyə məlumatda vurğulanır.
Funksiya hazırda inkişaf mərhələsindədir.
Bundan başqa “WhatsApp” özünün müxtəlif emosiyalı avatarlarının genişləndirilmiş kolleksiyasını əlavə edib.
Hər iki xüsusiyyətin “Android” smartfonları üçün tətbiqin növbəti yeniləməsində peyda olması gözlənilir.
Mənbə: WABetaInfo
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək