18 
Apr
2024
08:02
84
30
3936
Virtual karabakh

Pivə istehsalçısı və “Nokia”dan yeni telefon

18 Apr, 2024
08:02
3936

Pivə istehsalçısı və “Nokia”dan yeni telefon

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illərdə “Nokia” brendi altında cihazlar istehsal edən HDM şirkəti pivə istehsalçısı “Heineken” ilə birlikdə qapaqlı və düyməli telefon təqdim edib.

Yeni məhsul “Boring Phone” (darıxdırıcı telefon) adlanır.

Telefon 320x240 piksel təsvir ölçülü 2,8 düymlük ekran və 1,77 düym diaqonallı xarici displeylə təchiz edilib. “Boring Phone” həmçinin 0,3 meqapiksellik əsas kameraya malikdir.

Digər xüsusiyyətlərə qulaqlıq girişi, 4G dəstəyi və daxili “Snakes” oyunu daxildir.

Yeni məhsul satışa çıxarılmayacaq. O, 5 000 ədəd məhdud sayda istehsal edilərək promosyonlar vasitəsilə paylanacaq.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri