25 
İyn
2017
14:00
51
193
6104
Virtual karabakh

Minskdə qeyri-adi qəza: Tank dirəyə çırpıldı – VİDEO

25 İyn, 2017
14:00
6104

Minskdə qeyri-adi qəza: Tank dirəyə çırpıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minskdə Belarusun Müstəqillik Günü münasibəti ilə keçiriləcək paradın məşqləri zamanı “Т-72” tipli tank ağac və dirəyə çırpılaraq onları yerindən qoparıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “onliner.by” xəbər portalı məlumat yayıb.

Zirehli texnikanın iştirakı ilə qəza iyunun 24-də Müstəqillik prospektində baş verib. Şahidlərin sözlərinə görə, geridə qalan tank zirehli maşın karvanına çatmaq istəyib, amma sürət yığdıqdan sonra uğursuz manevr edib.

Tezliklə dirək yolun hərəkət hissəsindən götürülüb. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri