21 
Dek
2016
16:30
200
10
6943
Virtual karabakh

Danışıq qüsurlu qızın qeyri-adi bacarığı – VİDEO

21 Dek, 2016
16:30
6943

Danışıq qüsurlu qızın qeyri-adi bacarığı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1986-cı il təvəllüdlü Mingəçevir şəhər sakini Xəyalə Əmiraslanova anadangəlmə danışma qüsurludur.

Oxu.Az ARB TV-yə istinadla xəbər verir ki, 31 yaşlı Xəyalə, həmyaşıdları arasında seçilir. Yüksək əl qabiliyyətinə malikdir.

Müxtəlif rəngli muncuqlardan əl işləri hazırlayır. 10 yaşından bəri bu işlə məşğul olan Xəyaləyə həvəs nənəsindən keçib. O, düşündüklərini 3 gün ərzində parça və taxta lövhələr üzərinə düzür.

Xəyalə tək bu bacarığı ilə seçilmir. O, həm də rəngarəng saplardan geyim və bəzək əşyaları toxuyur. Onun yaratdığı əl işləri içərisində ən sevdiyi anasının rəsmidir. Parça üzərində tikilən əl işi mükafata da layiq görülüb.

Xəyalə bu əl işləri ilə daxili rahatlıq tapır.

Gənc qız düzəltdiyi əl işlərini hədiyyə edir. İndi onun bir arzusu var: gələcəkdə yaratdığı əl işlərinin sərgisini təşkil etmək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri