21 
Dek
2016
17:04
20
2
1467
Virtual karabakh

Parkinson xəstələri üçün qaşıq hazırlanıb

21 Dek, 2016
17:04
1467

Parkinson xəstələri üçün qaşıq hazırlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Liftware” şirkəti əllərin əsməsindən əziyyət çəkən insanlara yemək alətlərindən istifadə etməyə imkan verən qurğu hazırlayıb. Bu barədə istehsalçı öz saytında məlumat verib.

Əl və ayaqların əsməsi müxtəlif xəstəliklərin simptomu ola bilər ki, bunlardan biri də parkinson xəstəliyidir.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əllərin titrəməsi gündəlik hərəkətlərin yerinə yetirilməsinə maneə yaradır, eyni zamanda, bu xəstəlikdən əziyyət çəkən insanlar qida qəbulu zamanı ciddi çətinliklərlə üzləşirlər. Əsmələrin azaldılması məqsədilə tez-tez medikomentoz terapiyadan istifadə olunsa da, son zamanlar digər mübarizə üsulları da öyrənilir.

Bu məqsədlə hazırlanmış “Level” adlanan yeni qurğu ələ taxılan və əsmələri dayandıran sabitləşdirici qulpdan ibarətdir. Qulpa qaşıq və ya çəngəlli taxma quraşdırılmışdır. “Level” inteqrasiya edilmiş akkumulyatordan enerji alır. Şirkət nümayəndələrinin fikrincə, qurğunu bir saat yükləmək kifayətdir. Bu, üç dəfə qida qəbul etməyə imkan verir.

“Level”in “Steady” adlanan ilk versiyası hələ 2013-cü ildə nümayiş etdirilib. Lakin o, az elastikliyə malik idi və əlin əsməsini tamamilə aradan qaldıra bilmirdi. Bundan başqa, “Steady” dizaynın funksionallığına görə də “Level”dən geri qalırdı. Belə ki, yeni versiyanın ələ taxılması və istifadəsi daha rahatdır. Onun qiyməti 195 dollardır.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri