24 
Dek
2016
21:00
13
226
5011
Virtual karabakh

İlin ən dağıdıcı təbii fəlakətləri – FOTO

24 Dek, 2016
21:00
5011

İlin ən dağıdıcı təbii fəlakətləri – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Swiss Re” yenidənsığortalama şirkəti 2016-cı ildə təbii və texnogen fəlakətlərin on minlərlə insanın ölümünə səbəb olduğunu və ümumilikdə, 158 milyard dollar zərər vurduğunu bildirib.

Başa çatmaqda olan ilin ən dağıdıcı təbii fəlakətləri.

Avqustun sonunda İtaliyanın mərkəzi hissəsində baş verən zəlzələnin vurduğu ziyan təxminən 3-4 milyard avro məbləğindədir. 

ABŞ-ın yalnız Tennesi ştatında baş verən təbii yanğınların zərəri 500 milyon məbləğində olduğu bildirilir. 

Haiti hakimiyyəti bildirib ki, ölkənin cənubunda oktyabrın əvvəlində baş verən “Metyu” qasırğasının vurduğu zərər və iqtisadi ziyan 124 milyard haiti qurddur (1,89 milyard dollar). 

Luizianada daşqın 60 min evə ziyan vurub və minlərlə insan öz evini tərk etməli olub. Ştat hakimiyyəti vətəndaşlar arasında təxminən 20 milyon dolların bölündüyünü bildiriblər. Daşqın nəticəsində 13 nəfər ölüb. 

İndoneziyada avqust ayında vulkan püskürməsi nəticəsində iki aeroport bağlanıb. Sentyabrda 13 turist, o cümlədən də xarici vətəndaşlar Barucari vulkanının püskürməsi nəticəsində itkin düşüblər.  

“Sarika” qasırğası Çinin bir neçə cənub regionunda 5,49 milyard yuan (813 milyon dollara yaxın) zərər vurub. 

Apreldə Yaponiyanın Kyusyu adasında Rixter şkalası üzrə 7,3 maqnituda gücündə zəlzələ baş verib. Bu zəlzələ ev və körpülərin dağılmasına, sürüşmələrə səbəb olub, nəticədə avtomobil və dəmiryolları zərər çəkib. Ümumilikdə, 500 yeraltı təkan qeydə alınıb. 

Kanadanın qərbində Albert vilayətində may yanğınlarından dəyən zərərin məbləği 3,58 milyard Kanada dollarıdır (2,75 milyard ABŞ dolları), bu isə ölkə tarixində ən bahalı təbii fəlakətdir. 

May ayında Bavariyada Avstriya ilə sərhəd yaxınlığında Zimbax-na-İnnada daşqın zamanı on nəfər adam ölüb.  Fransanın mərkəzi regionu İl-de-Fransda dəyən zərərin məbləği 600 milyon avrodan ibarət olub.

Noyabrın 14-də Yeni Zellandiyada 7,9 maqnituda gücündə zəlzələ baş verib. Hakimiyyət dəyən ziyanı 8 milyard Yeni Zellandiya dolları məbləğində dəyərləndiriblər. (5,8 milyard ABŞ dolları).

Ekvadorda fevral ayında Tunquraua vulkanının püskürməsi nəticəsində bir neçə gün ərzində kül 5 km-dən çox məsafəyə yayılıb. 

Dekabrın əvvəlində 6,5 maqnituda gücündə zəlzələ nəticəsində ən azı 65 nəfər öz evlərini tərk etməli olub. Zəlzələ ölkənin qərbində Açex əyalətində baş verib. Fəlakətin qurbanı 100 nəfər olub. 

Sentyabrda Kosta-Rikada Turrialba vulkanının püskürməsi nəticəsində paytaxt aeroportunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

İyul ayında leysan yağışlar nəticəsində Çində 150 milyona yaxın adam təxliyə edilib, 56 min ev dağılıb. İqtisadi zərər 450,9 milyard yuan (təxminən 7,5 milyard dollar) olub. Ümumilikdə, fəlakət 26 əyalətdə 1200 dairəyə ziyan vurub. 

S.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri