26 
Dek
2016
18:27
158
97
1953
Virtual karabakh

Azərbaycan katolikləri Milad Bayramını qeyd edir - FOTO

26 Dek, 2016
18:27
1953

Azərbaycan katolikləri Milad Bayramını qeyd edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milladdan öncəki gecə Bakıda katolik xristianlarının Milad Bayramı qeyd olunub.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, dünya katolikləri hər il dekabrda İsa peyğəmbərin doğulmasını xüsusi təntənə ilə bayram kimi qeyd edirlər. Bakıda yaşayan katoliklər də ənənəvi olaraq həmin günü Müqəddəs Məryəm Kilsəsində qeyd edib.

Bayram mərasimi dekabrın 24-dən 25-nə keçən gecə baş tutub. Kilsədə Milad münasibətilə messa ibadəti icra olunub.

Kilsəyə toplaşan izdiham Yaradana və İsa Məsihə dualar edib, kilsə xoruna qoşularaq mahnılar- ilahilər oxuyub.

Baş keşiş Vladimir Fekete mərasimdən sonra ziyarətçilərə xeyir-dua verib və Milad Bayramı münasibəti ilə hər kəsi təbrik edib.

Ziyarətçilər bayram gecəsi İsa Məsihə dualar edib, onun statueti qarşısında şamlar yandırıblar.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri