26 
Dek
2016
17:09
83
98
3606
Virtual karabakh

Mətbuat katibi Şaxta baba olacaq

26 Dek, 2016
17:09
3606

Mətbuat katibi Şaxta baba olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 28-də saat 10:00-da “28 May” metro stansiyasında Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, tədbir dekabrın 29-da da keçiriləcək. Mətbuat katibinin sözlərinə görə, artıq 5 stansiyada - “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Koroğlu”, “İçərişəhər” və “28 May”da böyük şam ağacları qurulub.

Ötən il olduğu kimi, bu il də Şaxta baba “Bakı Mertopoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev olacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri