Yan
2017
15:50
158
70
8807
Virtual karabakh

Sabah səmada parlaq meteor axını müşahidə olunacaq

Kainat bir az gec də olsa Yer kürəsi sakinlərinə Yeni il hədiyyəsini təqdim edəcək. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yanvarın 3-dən 4-nə keçən gecə “Kvadrantid” meteor axını baş verəcək. Planetimizn üzərindən saatda 100 meteor keçəcək. 

Yer kürəsi sakinləri bu təbiət hadisəsini müşahidə edəcəklər. Şimal yarımkürəsi sakinlərinin bəxti daha çox gətirəcək. Onların qarşısında “axan ulduzlardan” ibarət gözəl mənzərə açılacaq.

“Kvadrantid” meteor axını ilk dəfə 2 yanvar 1825-ci il tarixdə italiyalı Antonio Brukalassi tərəfindən təsvir olunub. Sonradan astronomlar prosesin dövri olduğunu sübut ediblər - axın Yer kürəsi üzərindən hər il keçir. 

Meteor axını adətən kometlərdən başlayır, lakin “Kvadrantid”də belə deyil. 2003-cü ilin may ayında amerikalı astronom Cenniksen kometin bir hissəsi olan “2003 exl” adlı asteroidi (196256) kəşf edib. Bu asteroiddən hər ilin yanvar ayında parlaq “Kvadrantid”lər hərəkətə başlayırlar. 

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Maraqlı xəbərləri