Yan
2017
21:00
229
19
17801
Virtual karabakh

Dünyanın ən romantik adaları – FOTO

8 Yan, 2017
21:00
17801

Dünyanın ən romantik adaları – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az xarici KİV-ə istinadla dünyanın ən romantik adalarını təqdim edir:

Kanadanın Kvebek bölgəsində yerləşən və ürək şəklində olması ilə diqqət çəkən bu ada 2014-cü ildə satışa təqdim edilib.

Adanın ətrafı ananas, şam və sərv ağacları ilə əhatə olunub. Burada kötüklərdən inşa edilmiş bir ev də yerləşir. Evin içərisində sauna, internet, telefon və peyk televiziya var. Kötük ev içərisində qış mövsümünü də rahatlıqla keçirə biləcək şəkildə tikilib.

Adanın qiyməti 1 milyon dollardır.

Bu kiçik qayıq da həmin qiymətə daxildir.

Ürək şəklində olan digər məşhur adalardan biri də Ancelina Colinin 50 yaşı tamam olması münasibətilə Bred Pittə hədiyyə etdiyi adadır. Nyu-Yorkdan 80 kilometr uzaqlıqda yerləşən adada 2 ev var. Evləri Bred Pittin favorit memarı Frenk Lloyd inşa edib. A.Coli bu adanı B.Pittə hədiyyə etmək üçün 25 milyon dollar xərcləyib.

Ürək şəklində olan digər ada Venesuelada Orinoko çayının üzərində yerləşən kiçik bir adadır.

Almaniyanın Valhenze şəhərində olan yarımada da ürəkşəkillidir.

Adriatik dənizində yerləşən və Xorvatiyaya bağlı olan Qaleşnyak adası “Sevgililər günü adası” kimi tanınır.

Mərcan poliplərinin meydana gətirdiyi bu ürəkşəkilli ada isə Avstraliyada yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri