Yan
2017
18:40
4
25
1128
Virtual karabakh

Fransada 800 min ördǝk mǝhv ediləcək

6 Yan, 2017
18:40
1128

Fransada 800 min ördǝk mǝhv ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada quş qripi virusunun qarşısını almaq üçün 800 min ördək mǝhv edilǝcǝk.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Fransanın Kənd Təsərrüfatı Nazirliyindən verilǝn mǝlumata görǝ, ölkənin cənub-qərb bölgǝsindǝ 89 fǝrqli yerdǝ H5N8 virusu qeydǝ alınıb.

Virusun sürǝtlǝ yayılmasının qarşısını almaq mǝqsǝdilǝ Gers, Landes və Hautes-Pyrenees bölgələrindəki ördəklər yanvar ayında mǝhv edilǝcǝk.

Qeyd edǝk ki, noyabrın 26-da ölkənin şimalındakı Pas-de-Calais bölgəsində çöl quşlarında H5N8 virusu qeydǝ alınmışdı. Hǝmçinin Avropa İttifaqının ən böyük qanadlı heyvan istehsalçısı olan Fransanın cənub-qərb bölgəsində ötǝn il epidemiya yaşanmışdı.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri