Yan
2017
19:03
25
9
1204
Virtual karabakh

Əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılacaq

6 Yan, 2017
19:03
1204

Əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Safilo” şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni cihaz bu ilin yanvarında Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” sərgisində nümayiş etdiriləcək.

Məlumata görə, yeni “ağıllı” eynək görünüşcə adi eynək kimi görünür. Çərçivəsində gizlədilmiş 5 çip insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi proqrama göndərilir, sonra həmin məlumatlar əsasında eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Eynək smartfona “bluetooth” vasitəsilə qoşulur.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri