Yan
2017
00:11
52
173
7558
Virtual karabakh

Səudiyyəli qadınların hüquqları barədə video rekord qırır – VİDEO

7 Yan, 2017
00:11
7558

Səudiyyəli qadınların hüquqları barədə video rekord qırır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanda qadınlara qarşı ayrı-seçkiliyə diqqəti cəlb edən musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyici toplayıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, “Hwages” (qayğılar) adlı video Səudiyyə Ərəbistanda qadınların diyircəkli taxta sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərilir.

“8ies” media şirkəti tərəfindən hazırlanmış və Youtube-a dekabrın sonu yüklənmiş videonu üç milyondan çox insan izləyib.

Mahnının sözlərində “təki Allah bizi kişilərdən xilas etsin” ifadələri var.

Video kişilərin dominant olduğu Səudiyyə Ərəbistan cəmiyyətində bəzi qadınların məyusluğunu göstərir.

Kişilər qadınların nə ilə məşğul olmasına qərar verirlər. Misal üçün qadınlar xaricə getmək və ya ali təhsil almaq istəsələr cəmiyyətdə onlara məsuliyyət daşıyan kişilərdən icazə almalıdırlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri