Yan
2017
12:42
17
19
2614
Virtual karabakh

Dünyanın ən dəbdəbəli hotelləri – FOTO

Oxu.Az Seyyah.az-a istinadla dünyanın ən dəbdəbəli hotellərini təqdim edir:

“Shangri-La Hotel”, Paris


“Shangri-La” hoteli Eyfel qülləsi və Sena çayından 600 metr məsafədə yerləşir. Dəbdəbəli, eleqant nömrə və lyukslardan Eyfel qülləsinə romantik mənzərə açılır. 1896-cı ildə tikilən malikanə 3-cü Napoleonun bacısı oğlu şahzadə Rolan Bonaparta məxsus olub. Bina və bütün interyer əşyaları tarixi abidə kimi dəyərləndirilir.

“Umaid Bhawan Palace”, Caypur


Hotel 20-ci illərin sonunda maharacalar üçün nəzərdə tutulmuş saraydan ibarətdir. “Umaid Bhawan Palace” Hindistandakı ən böyük saraylardan sonuncusu və dünyadakı ən böyük şəxsi iqamətgahlardan biridir. Sarayın bir hissəsi Codxpura kral ailəsinin rəsmi iqamətgahı olaraq qalır. İnteryer qızılı mebel və rəngli freskalarla ar-deko stilində yerinə yetirilib.

“Palais Coburg Residenz”, Vyana


Möhtəşəm bəyaz sarayın layihəsi 1839-cu ildə Karl Şleps tərəfindən hazırlanıb və 1840-1845-ci illərdə Avstriya şahzadəsi Ferdinand Saksen-Koburq-Qotskinin göstərişi ilə 16-cı əsrə aid qala divarlarının yerində tikilib. Hər bir syut Saksen-Koburq-Qotski sülaləsinin üzvlərindən birinin adını daşıyır. Hersoq iqamətgahının yeraltısı xüsusi maraq təşkil edir: bu yaxınlarda bura təmir edilib və ictimaiyyət üçün açılıb.

“Four Seasons”, Florensiya

Saray-hotel keçmişdə Mediçi ailəsinin çoxsaylı iqamətgahlarından biri olan Palatso della Qerardeskada yerləşir. Parad zallarından dambaca kapellalarına qədər interyerlər ən yüksək muzey standartına uyğun olaraq bərpa edilib. Müştərilər əntiq mebel və əsl Renessans dövrü freskalarının əhatəsində yaşamaq imkanı qazanır. Şəhərin mərkəzi hissəsinə ən böyük şəxsi park otelin qüruru hesab edilir.

“St. Pancras Renaissance”, London

Hotelin neoqotik binası memar ser Corc Qilbert Skott tərəfindən 1873-cü ildə vağzal mehmanxanası olaraq tikilib. 245 milyon dollara başa gələn böyük miqyaslı təmir işlərindən sonra otel yenidən kraliça Viktoriyanın zamanındakı görünüşünü əldə edib. “St.Panras”da “Spice Girls”ün debüt “Wannabe” klipi, “Betman: Başlanğıc”, “Bricit Consun gündəliyi” və “Harri Potter və gizli otaq” filmlərinin epizodları çəkilib.

A.S.
www.oxu.az