Yan
2017
22:23
164
31
5643
Virtual karabakh

Arxeoloqlar 3800 yaşı olan kartof sahəsi tapıblar

Kanadanın Britaniya Kolumbiyası əyalətində su altında qalmış yüzlərlə kartofun olduğu sahə aşkarlanıb. Bu ərazidəki 3800 il əvvəl kənd təsərrüfatında istifadə edilmiş üsulların izləri arxeoloqların marağına səbəb olub.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqatçılar Tanja Hofmanın və Simon Freyzerin rəhbərliyi ilə arxeoloqlar tərəfindən aparılan araşdırmalar zamanı əsrlər boyu su ilə dolu ərazidə bitkilərin saxlanılması üçün münbit şəraitin olduğu aşkarlanıb.

Tədqiqatçılar qazıntılar aparılan ərazidə 3 min 767 kartofabənzər “vapato” bitkisi tapıblar. Bu bitkiyə Cənubi Kanadanın rütubətli ərazilərində indi də rast gəlmək mümkündür.

A.S.
www.oxu.az

Digər Maraqlı xəbərləri