Yan
2017
22:20
200
20
4855
Virtual karabakh

Odda yanmaz, suda batmaz kağız kəşf olundu

Çinli alimlər maraqlı kəşfə imza atıblar. 

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyası nəzdində Şanxay Keramika İnstitutunun professoru Çju İnçzenin başçılıq etdiyi tədqiqatçılar qrupu alovda yanmayan və suyun təsirinə davamlı kağız yaratmağa müvəffəq olublar.

Tədqiqatçıların fikrincə, bu nadir materialın dünyada analoqu yoxdur. Yeni yaradılmış qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm struktura malikdir və ekstremal şəraitdə mexaniki zədələrə məruz qalmır. Müəlliflər artıq bu ixtiraya patent almaq üçün sorğu göndəriblər.

İxtiraçıların sözlərinə görə, yeni material 200 dərəcə Selsi temperatura davam gətirir. Kağız öz strukturu sayəsində mexaniki zədələndiyi halda belə suyu özünə hopturmur. Süd, qəhvə, şirə və ya çayla təmas zamanı material üzərində heç bir iz qalmır. Xüsusi mühüm sənədlərin saxlanılmasında, küçələrdə reklam lövhələrində bu materialdan istifadənin daha əlverişli olduğu bildirilir.

S.B.
www.oxu.az

Digər Maraqlı xəbərləri